Türkiyə Kuboku turnirinin ¼ final mərhələsinin açılış matçı İstanbulda təşkil olunub.

“Fənərbağça” doğma meydanda “Başakşəhər”lə üz-üzə gəlib. Oyuna qonaqlar daha üstün başlayıblar. Komandanın ardıcıl hücum cəhdləri 42-ci dəqiqədə bəhrəsini verib. Junior Fernandes diqqət mərkəzinə düşüb. 3 dəqiqə sonra meydan sahibləri azlıqda qalıblar. Maurisio Lemos birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci hissəyə sayca azlıqda olmasına baxmayaraq “sarı lacivərdlər” daha yaxşı başlayıblar. 72-ci dəqiqədə Enner Valensiya 3 müdafiəçidən yayınaraq topu qapıya göndərib. 1:1. Əsas vaxt heç-heçə başa çatdığı üçün əlavə yarım saat təyin olunub. 96-cı dəqiqədə “Başakşəhər” qələbə topunu vurub. Fredrik Qulbrandsen topu qolkiperin başı üstündən qapıya göndərərək qələbəni təmin edib. “Fənərbağça” – “Başakşəhər” 1:2. Bu qələbə sayəsində “Başakşəhər” yarımfinala yüksəlib.